may
2024
17:23
118

İsraili qorxuya salan hadisə: "ABŞ bu addımı atsa..."

8 may, 2024
17:23
118

İsraili qorxuya salan hadisə: "ABŞ bu addımı atsa..."

İsrail ABŞ-ın Qəzza hesabatına görə yardımı məhdudlaşdıra biləcəyindən qorxur.

Den.az xəbər verir ki, bu barədə CNN ABŞ Konqresindəki mənbələrə istinadən məlumat yayıb.

Kanalın həmsöhbətlərinin sözlərinə görə, İsrail hakimiyyətinin nümayəndələri hesabatı tərtib edən Amerika administrasiyası ilə sıx əlaqə saxlayırlar.

Hesabatda İsrailin beynəlxalq qanunlara əməl etmədiyi aşkar edilərsə, bu, çox güman ki, baş nazir Benyamin Netanyahu hökumətində çaxnaşmaya səbəb olacaq. 

Telekanal göstərir ki, İsrailin Qəzza zolağında keçirdiyi əməliyyat zamanı ABŞ hökumətinin beynəlxalq humanitar hüququn mümkün pozulması ilə bağlı hesabat hazırlaması Amerika administrasiyasında, xüsusən də Dövlət Departamentində mübahisələrə səbəb olub.

CNN-in konqresdəki mənbələrinə görə, hesabatın hazırlanmasında Dövlət Departamentinin Siyasi-Hərbi Məsələlər Bürosu, departamentin digər bölmələri, həmçinin Pentaqon və Ağ Evin Milli Təhlükəsizlik Şurası iştirak edir.

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar