Kursk vilayətinin sakinləri Putinə müraciət ünvanlayaraq müharibəyə son qoymağı tələb ediblər.
Den.az xəbər verir ki, Kursk vilayətinin Olqovka kəndinin sakinləri evakuasiyadan sonra yaranan çətinliklərdən Rusiya liderinə şikayət ediblər. Onlar çoxlu günahsız insanın ölümünə səbəb olan bu müharibəyə son qoymağa çağırıblar.
“Üç aydır ki, cəhənnəm içindəyik. Hara müraciət edək, haradan nicat tapaq? Biz istəyirik ki, uşaqlarımız dinc yaşasınlar və raket sirenlərinə qulaq asmasınlar. Biz bütün bunlara öz iradəmizlə dözmürük”.
İnsanlar döyüşlər zamanı evlərinin dağılması səbəbindən küçələrdə qaldıqlarını bildiriblər. Kənd sakinləri bəzi həmkəndlilərinin öldüyünü və ya itkin düşdüyünü deyiblər. Çünki evakuasiya vaxtında elan olunmayıb və hamının vaxtında kənddən çıxmağa vaxtı olmayıb.
Rusiyanın hakim dairələri isə bildirirlər ki, Kursk vilayətinin bərpasına çəkilən xərclər 700 milyard rublu keçə bilər.
Günəş Fərəh
Den.az
"Evakuasiya vaxtında elan edilməyib və hamı kənddən çıxa bilməyib" - Kursk sakinləri

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.