Ukraynanın Varşavadakı səfiri Vasili Bodnar RMF FM radiosuna bildirib ki, 2019–2024-cü illər ərzində 26 min ukraynalıya Polşa vətəndaşlığı verilib.
“DenMedia.az” xəbər verir ki, onun məlumatına görə, hazırda Polşada təxminən 1,5 milyon ukraynalı yaşayır.
Əvvəllər “Konfederasiya” koalisiyasının lideri Slavomir Mentsen bildirib ki, ukraynalılara seçki hüququ ilə vətəndaşlıq verilməsi qəbuledilməzdir və belə prosedurların müvəqqəti dayandırılmasını tələb edib.