Məşhur isveçli ekoaktivist Qreta Tunberq bildirib ki, “Sumud” flotiliyasının iştirakçıları ilə birlikdə saxlanıldıqdan sonra İsrail həbsxanasında zorakılıq və işgəncələrə məruz qalıb.
Denmedia.az xəbər verir ki, bu barədə Aftonbladet yazır.
Tunberqin sözlərinə görə, israilli əsgərlər onunla “son dərəcə aqressiv” davranıblar:
“Məni kənara çəkib, üstünə İsrail bayrağı atdılar, döydülər və təpiklə vurdular.”
O həmçinin qeyd edib ki, hərbçilər onu təhqir ediblər, şəxsi əşyalarını isə Fələstinə aid olduğunu düşündükləri üçün məhv ediblər:
“Çamadanımı götürüb, içindəkiləri atdılar, sonra bıçaqla yavaş-yavaş kəsdilər.”