Livan məhkəməsi mərhum Liviya lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin 11 milyon dollar girov qarşılığında azadlığa buraxılması barədə qərar qəbul edib.
DenMedia.az xəbər verir ki, müdafiə tərəfinin vəkilinin jurnalistlərə verdiyi məlumata görə, bu qərar 17 oktyabrda Ədalət Sarayında keçirilən dindirilmədən sonra istintaq hakimi tərəfindən elan edilib.
50 yaşlı Hannibal Qəddafi 2015-ci ildən Livanda həbsdə saxlanılır. 2017-ci ildə ona qarşı 1978-ci ildə Liviyada itkin düşmüş şiə imamı Musa Sədrin taleyi barədə məlumatları gizlətmək ittihamı irəli sürülüb.