Denmedia.az xəbər verir ki, Bild qəzetinin məlumatına görə, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado İsrailin baş naziri Binyamin Netanyahunun Qəzza ilə bağlı mövqeyini tərifləyib.
“Biz, venesuelalılar, sülhü dərin şəkildə qiymətləndiririk və bilirik ki, onu əldə etmək üçün böyük cəsarət, iradə və mənəvi aydınlıq lazımdır ki, totalitar qüvvələrə qarşı dura biləsən. Necə ki, biz Venesuelada azadlıq və demokratiya uğrunda mübarizə aparırıq, eləcə də Yaxın Şərqin bütün xalqları qorxu deyil, ləyaqət, ədalət və ümid üzərində qurulmuş gələcəyə layiqdir,” – deyə Maçado bildirib.
O, həmçinin Netanyahunun Qəzzada HƏMAS-a qarşı apardığı müharibə zamanı göstərdiyi “qətiyyətli addımları” yüksək qiymətləndirdiyini vurğulayıb.