ABŞ Yaxın Şərq münaqişəsinin nizamlanması zamanı, xüsusilə HƏMAS-ın silahsızlaşdırılması və Qəzzənin bərpası məsələlərində çətinliklərlə üzləşəcək. Denmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Qüdsdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi “HƏMAS-ı silahsızlaşdırmaq və eyni zamanda Qəzza sakinlərinin həyatını yaxşılaşdırmaq, İsrailin təhlükəsizliyini təmin etməkdir.”
Netanyahu isə öz növbəsində “misilsiz səviyyədə tərəfdaşlıqdan” danışaraq, ABŞ prezidenti Donald Trampa İsrail-ABŞ münasibətlərinin möhkəmləndirilməsinə görə təşəkkür edib.