Rusiyada əhalinin 77%-i prezident Vladimir Putinə etimad göstərir, 79%-i isə onun dövlət başçısı kimi işini “yaxşı” qiymətləndirir.
DenMedia.az xəbər verir ki, bu barədə məlumat “İctimai Rəy Fondu”nun (FOM) keçirdiyi sorğuda yer alıb.
Sorğuda 1,5 min respondent iştirak edib.
“Əhalinin əksəriyyəti (79%) hesab edir ki, Putin prezident vəzifəsini yaxşı yerinə yetirir,” — deyə hesabatda bildirilir.
Bundan başqa, respondentlərin 53%-i hökumətin ümumi fəaliyyətini, 54%-i isə baş nazir Mixail Mişustinin işini müsbət qiymətləndirib.
Partiyaların reytinqləri üzrə:
“Vahid Rusiya” — 42% (+1%), LDP — 10%, “Yeni İnsanlar” — 4%.

 
        
         
                     
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                