İsrailin diaspor məsələləri naziri Amixay Şikli, Nyu-Yorkda müsəlman demokrat Zoxran Mamdaninin mer seçilməsindən sonra yahudilərə şəhəri tərk etməyi tövsiyə edib. DenMedia.az xəbər verir ki, nazir bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Şikli Mamdanini HƏMAS-ı dəstəkləməkdə ittiham edib və bildirib ki, “bir vaxtlar azadlığın simvolu olan Nyu-York indi hakimiyyətin açarlarını Fələstin hərəkatının tərəfdarına təhvil verib.”
Nazirin sözlərinə görə, şəhər artıq əvvəlki kimi olmayacaq, xüsusilə də yəhudi icması üçün. O, Nyu-York yəhudilərini İsraili öz yeni evləri kimi görməyə ciddi şəkildə çağırıb.
Şikli həmçinin əlavə edib ki, “Nyu-York açıq gözlərlə uçuruma gedir — tıpkı Sadiq Xan idarəçiliyi altında olan London kimi.”
Hazırda Nyu-Yorkda təxminən 1,3 milyon yəhudi yaşayır.
Oktyabrın sonunda ABŞ hökumətinin hesabatında İsrail ordusunun Qəzza zolağında insan haqlarını pozmuş ola biləcəyi etiraf edilmişdi. Məlumata görə, gizli sənəddə İsrail ordusunun yüzlərlə mümkün qanun pozuntusu qeyd olunub və bu hallar ABŞ qanunvericiliyinə əsasən araşdırılacaq. Dövlət Departamenti bu prosesin bir neçə il çəkəcəyini bildirib.

