İsrail ordusunun Qəzza sektorunda insan haqlarını pozduğu barədə iddialar ABŞ Dövlət Departamentinin Baş Müfəttişliyi idarəsinin hesabatında yer alıb. DenMedia.az xəbər verir ki, bu barədə The Washington Post mənbələrinə istinadla məlumat verib.
Nəşrin məlumatına görə, hesabatda İsrailin Qəzzadakı hərbi əməliyyatları “Lihi qanununun” tələblərinə zidd hesab olunur.
Lihi qanunu ABŞ qanunvericiliyinə əsasən, insan haqlarının kobud şəkildə pozulmasında əsaslı şəkildə ittiham olunan xarici hərbi qüvvələrə maliyyə və ya hərbi yardım göstərilməsini qadağan edir.
Məxfi hesabatda qeyd olunur ki, İsrail ordusu ABŞ qanunvericiliyinə uyğun olaraq yüzlərlə potensial pozuntuya yol verib.
Mənbələr bildirir ki, Dövlət Departamentinin bu insidentləri araşdırması bir neçə il çəkə bilər.

 
        
         
                     
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                