Livan hakimiyyəti Müəmmər Qəddafinin oğlu Hənnibal Qəddafini həbsdən azad edib, ona qarşı ölkəyə giriş qadağasını ləğv edib və 11 milyon dollarlıq girovu da aradan qaldırıb. Bu barədə The Libya Observer və Libya Review hökumət mənbələrinə istinadən məlumat yayıb.
Nazirliyin bəyanatında qeyd olunub ki, Hənnibalın azadlığa çıxması Liviya tərəfinin diplomatik səylərinin nəticəsidir. Bildirilib ki, ölkə bu məsələni hüquqi və humanitar çərçivədə həll etməyə, həmçinin Liviya vətəndaşının ləyaqətini qorumağa çalışıb.
Libya Review yazır ki, Qəddafinin oğlu Livana dövlətin kommunikasiya və siyasi məsələlər üzrə naziri Valid əl-Lafi başçılıq etdiyi liviyalı nümayəndə heyətinin səfərindən bir neçə gün sonra azad edilib.

Yüksək səviyyəli liviyalı rəsmilər Livan tərəfinə 1978-ci ildə imam Musa əs-Sədrin yoxa çıxması ilə bağlı istintaqa aid rəsmi sənədləri təqdim ediblər. Bu hadisə, nəşrin məlumatına görə, illərdir davam edən hüquqi mübahisənin həllində dönüş nöqtəsi sayılır.
Hənnibal Qəddafi 2015-ci ilin dekabrında Livan hüquq-mühafizə orqanları tərəfindən imam və siyasi xadim Musa əs-Sədrin yoxa çıxması işi üzrə saxlanılmışdı. Qəddafi iddia edib ki, onu Suriyadan oğurlayıb Livana qanunsuz şəkildə gətiriblər. O həmçinin bildirib ki, hadisə baş verəndə onun cəmi 3 yaşı olub və baş verənlər barədə heç nə bilmir.

