Reuters xəbər verir ki, Səudiyyə Ərəbistanı ABŞ-a açıq şəkildə bildirib — krallıq yalnız Fələstin dövlətinin yaradılmasına dair “yol xəritəsi” qəbul edildikdən sonra "İbraham sazişləri"nə qoşulacaq.
Ötən həftə ABŞ prezidenti Donald Tramp ümid etdiyini söyləmişdi ki, krallıq çox tezliklə bu sazişlərə qoşulacaq.
Lakin agentliyin məlumatına görə, Ər-Riyad diplomatik kanallar vasitəsilə Vaşinqtona mövqeyinin dəyişmədiyini çatdırıb.
“Səudiyyə tərəfi İsraillə münasibətlərin normallaşdırılması barədə tələbi yerinə yetirməyin mümkün olmadığını düşünür, çünki İsrailin baş naziri Benyamin Netanyahu Fələstin dövlətinin yaradılmasına qəti şəkildə qarşıdır,” — deyə agentliyin mənbələri bildirib.

