Avstraliya senatı Polin Hensonu onun parlamentdə keçirdiyi rezonanslı aksiya səbəbilə müvəqqəti olaraq işdən kənarlaşdırıb.
Bu barədə The Guardian məlumat verir.
“One Nation” (Bir Millət) adlı mühafizəkar partiyanın lideri olan Henson iclasa mini-paltar, hündürdaban ayaqqabı və onların üzərindən geyindiyi qara çadra ilə gəlib. Bu performans onun etirazı idi: bundan əvvəl Henson ictimai yerlərdə təhlükəsizlik səbəblərinə görə üzü tam örtən geyimlərin qadağan olunması haqqında qanun layihəsinin müzakirəyə çıxarılmasına nail ola bilməmişdi.
Lakin senatdakı həmkarları onun addımını sərt şəkildə tənqid ediblər. Parlament üzvlərinin sözlərinə görə, Hensonun hərəkətləri dini əlamətə görə insanları məsxərəyə qoymağa və ölkənin müsəlman icmasına hörmətsizlik göstərməyə yönəlmişdi. Nəticədə senator yeddi gün müddətinə işdən kənarlaşdırılıb və xarici nümayəndə heyətlərində parlamenti təmsil etmək hüququndan məhrum edilib.
Bu, Hensonun ilk belə çıxışı deyil: o, 2017-ci ildə də senat iclasına qara çadra ilə gəlmişdi.

