ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabinetinin üzvləri ilə görüş zamanı yenidən yuxu ilə mübarizə apardığı təəssüratını yaradıb.
Bu barədə RİA Novosti yazır.
Noyabrda internetdə Oval kabinetdə keçirilən iclas zamanı gözləri bağlı şəkildə çəkilmiş fotolar yayılmışdı. Bu görüntülər Trampın siyasi rəqibləri tərəfindən kəskin tənqid edilmişdi. CNN vurğulayır ki, ictimaiyyət qarşısında yorğun görünmək istənilən prezident üçün adi haldır.
Görüntülər Kaliforniya qubernatoru Qevin Nyusomun mətbuat ofisi tərəfindən “Yuxulu Don geri döndü” başlığı ilə yayılıb.
Ağ Ev isə bu iddiaları qətiyyətlə təkzib edərək bildirib ki, Tramp ayıq olub və jurnalistlərin suallarına aktiv cavab verib.
Qeyd edilir ki, Tramp andiçmə mərasimində Baydeni beş ay qabaqlayaraq ABŞ-ın ən yaşlı prezidenti oldu.



