Rusiya Venesueladakı diplomatlarının ailələrinin təxliyəsinə başlayıb. Bu barədə “The Associated Press” məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, cümə günü qadınlar və uşaqlar Karakasdan çıxarılıb, çünki Rusiya Xarici İşlər Nazirliyi ABŞ-dan artan təzyiq və regionda gərginliyin yüksəlməsi fonunda vəziyyəti “çox qaranlıq” kimi qiymətləndirir.
Ağ Ev və Kreml məlumatla bağlı hələlik şərh verməyib.

