ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) pilotsuz uçuş aparatlarının ticarəti ilə əlaqədar İran və Venesueladan olan 10 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Bu barədə qurumun saytında çərşənbə axşamı məlumat verilib.
“Bu gün OFAC Venesuela və İranda yerləşən, o cümlədən Venesuelaya məxsus bir şirkət də daxil olmaqla, İranın Venesuela ilə dron ticarətinə töhfə verən 10 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edir”, — deyə açıqlamada bildirilir.
Sanksiya siyahısına İrandan beş fiziki və üç hüquqi şəxs, Venesueladan isə bir fiziki və bir hüquqi şəxs daxil edilib. Xüsusilə, məhdudlaşdırıcı tədbirlər Venesuelaya məxsus Empresa Aeronautica Nacional şirkətinə qarşı tətbiq olunub.

