Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağışlı keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxt və yarımadada arabir yağış yağacaq, bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı və şimşək çaxacağı ehtimal edilir.
Xüsusilə gecə saatlarından səhərədək yağışın intensiv və güclü olacağı, yağıntılı hava şəraitinin isə oktyabrın 10-u axşamadək davam edəcəyi proqnozlaşdırılır.
Bakıda havanın temperaturunun gecə 18 dərəcə, gündüz isə təxminən 20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da hava şəraiti qeyri-sabit və yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə intensiv leysan, şimşək və dolu, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.
Oktyabrın 10-da gündüz saatlarında bəzi şərq rayonlarında yağıntıların qısa müddətə daha da güclənə biləcəyi bildirilir.
Güclü yağıntılarla əlaqədar ölkənin bəzi çaylarında sululuğun artması, qısamüddətli daşqın və sel hadisələrinin baş verməsi istisna edilmir.

