Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən mağazada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğın 12 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən, ümumi sahəsi 400 kvadratmetr olan mağazada qeydə alınıb.
Alov mağazada yerləşən vitrin soyuducularda başlayıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun mağazanın digər hissələrinə və yaşayış binasına keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində 6 ədəd vitrin soyuducu və mağazanın plastik divarının 6 kvadratmetrlik hissəsi yanıb.
Mağazanın böyük hissəsi və yaşayış binası yanğından mühafizə olunub.

