Avropa Komissiyası (AK) cümə günü Ukraynada sosial obyektlərin və həyati əhəmiyyətli xidmətlərin elektrik təchizatının bərpası üçün Avropa İttifaqının strateji ehtiyatlarından ümumi dəyəri 3,7 milyon avro olan 447 ədəd fövqəladə elektrik generatorunun göndərildiyini elan edib.
Avropa Komissiyasının yaydığı bəyanatda bildirilir ki, Polşada yerləşdirilən Aİ-nin Mülki Müdafiə Mexanizminin xilasetmə komponenti — rescEU-nun strateji ehtiyatlarından olan generatorlar təcili ehtiyacların qarşılanması məqsədilə Ukrayna üzrə paylanacaq.
Brüsseldə xatırladılıb ki, 2022-ci ildən bu yana Avropa İttifaqı Mülki Müdafiə Mexanizmi vasitəsilə Ukraynaya təxminən 10 min generator göndərib.

