ABŞ prezidenti Donald Tramp özünü “cənnətə layiq” hesab etdiyini açıqlayıb. O, bu fikri Vaşinqtonda keçirilən Milli dua səhər yeməyi tədbirində səsləndirib. Tədbirin yayımı C-SPAN telekanalı vasitəsilə aparılıb.
Tramp çıxışı zamanı bildirib ki, çoxlu yaxşı işlər gördüyünə görə cənnətə düşə biləcəyini düşünür. Bununla yanaşı, özünü ideal insan saymadığını da etiraf edib. Onun sözlərinə görə, qüsurları olsa da, bir çox insan üçün xeyirli addımlar atıb.
ABŞ prezidenti eyni zamanda Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılması istiqamətində fəal çalışdığını deyib və prosesin yekunlaşmasına yaxın olduqlarını vurğulayıb.
Qeyd edək ki, ötən ilin sentyabrında Tramp tərəfdarlarına elektron məktub göndərərək onlardan 15 dollar ianə etmələrini xahiş edib və bunu “cənnətə düşmək” arzusu ilə əlaqələndirib. Məktubda o, 2024-cü ildə ona qarşı sui-qəsd edildiyini və güllənin dərisini zədələdiyini də xatırladıb.

