Fox News xəbər verir ki, ABŞ İrana açıq mesaj göndərib: ya nüvə proqramını dayandır, ya da “digər variantlarla” üzləş.
Telekanalın müxbiri Trey Yingst bildirib ki, Cenevrədə keçirilən danışıqlar uğursuz olub. Onun sözlərinə görə, İsraildə İranla razılaşmanın mümkün olmadığı qənaəti formalaşıb.
Eyni zamanda, The Wall Street Journal nəşrinə danışan iranlı mənbə qeyd edib ki, Tehranda danışıqların iflasa uğramasından ciddi narahatlıq var.
Vaşinqtonun qəbul etməyə hazır olduğu ilə Tehranın razılaşa biləcəyi arasında uçurum aradan qaldırıla bilmir.
Beləliklə, tərəflər arasında mövqelərin kəskin fərqli olduğu və kompromis imkanlarının məhdud qaldığı bildirilir.

