BMT rəsmisi: Qəzzada vəziyyət hələ də fəlakət həddindədir
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk bildirib ki, Qəzza sektorunda vəziyyət hələ də fəlakətli olaraq qalır. Onun sözlərini TASS agentliyi yayıb.
Türkün sözlərinə görə, bölgədə insanlar soyuq, aclıq, xəstəliklər və atəşlər nəticəsində həyatını itirir. Qəzzaya daxil olmasına icazə verilən humanitar yardımın həcmi isə əhalinin ehtiyaclarını qarşılamaq üçün kifayət etmir.
Ali komissar həmçinin həm Qəzzada, həm də İordan çayının Qərb sahilində etnik təmizləmə ehtimalı ilə bağlı ciddi narahatlığını ifadə edib.
“Qəzzada vəziyyət fəlakətli olaraq qalır”, — deyə o vurğulayıb.

