Taliban hökumətinin nümayəndəsi Zabihullah Mücahid bildirib ki, Əfqanıstan hərbçiləri Pakistanda bir sıra mühüm hərbi obyektlərə zərbələr endirib və Pakistan ordusunun hücumlarına bundan sonra da qətiyyətlə cavab verəcəklər.
Onun sözlərini “Al Jazeera” yayıb.
“Biz Pakistanda mühüm hərbi hədəfləri vurduq və bu, onlara göstərir ki, əlimiz onların boğazına qədər çata bilər”, – deyə Mücahid bildirib.
O əlavə edib ki, əgər Pakistan hərbi əməliyyatları davam etdirsə, Əfqanıstan buna daha sərt və qəti cavab vermək iqtidarındadır.

