2026-cı il üzrə “Dünya Xoşbəxtlik Hesabatı”na əsasən Finlandiya doqquzuncu dəfə ardıcıl olaraq dünyanın ən xoşbəxt ölkəsi seçilib.
Bu barədə Finlandiyanın Yle telekanalı məlumat yayıb.
Reytinqdə ikinci yeri İslandiya, üçüncü yeri isə Danimarka tutub. İlk beşlikdə həmçinin İsveç və Norveç də yer alıb.
Bu ölkələrin yüksək mövqeləri həyat səviyyəsi, sosial təminat sistemi və güclü ictimai əlaqələrlə izah olunur.
Hesabatda gənclərlə bağlı narahatedici məqam da vurğulanıb.
Son on ildə 25 yaşdan aşağı şəxslər arasında həyat məmnuniyyətinin azaldığı qeyd olunur.
Tədqiqatçılar bu tendensiyanın əsas səbəblərindən biri kimi sosial şəbəkələrdən istifadənin artmasını göstəriblər.

