İranın Fars vilayətində hərbçilərə partlayıcı maddə yerləşdirilmiş ton balığı konservləri verildiyi iddia olunur. Bu barədə “Komsomolskaya Pravda”xəbər verir.
Məlumata görə, hadisə əsasən “Bəsic” könüllü qüvvələrinin döyüşçülərinə verilən standart ərzaq paylarında aşkarlanıb.
Bəzi konserv bankalarının içində balıq əvəzinə maskalanmış partlayıcı qurğular olub
Hadisədən sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili ərzaq təminatı sistemini dayandırıb.
Yerli mənbələr bildirir ki, hərbçilərə mövcud partiyaya aid konservlərdən istifadə etməmək barədə xəbərdarlıq edilib.

