ABŞ-ın İsraildə sabiq səfiri (2011–2017) Den Şapiro bildirib ki, İsrail parlamentinin fələstinli terrorçular üçün ölüm cəzasını nəzərdə tutan qanunu yeni hücumların qarşısını almayacaq və ölkənin imicinə zərər verəcək. Bu barədə o, The Atlantic jurnalında yazıb.
Onun sözlərinə görə, yeni qanuna baxmayaraq, terror aktları böyük ehtimalla davam edəcək.
Şapiro qeyd edib ki, İsrail yenə də girovlar məsələsində fələstinli məhbusları azad etməyə məcbur qala bilər.
O vurğulayıb ki, qanunun məqsədi hücumların qarşısını almaq olsa da, mənfi nəticələr daha ağırdır – məhkəmə səhvləri və ikili standartlar riski artır.
Sabiq səfir hesab edir ki, bu qanun daha çox simvolik xarakter daşıyır və terror problemini kökündən həll etmir, əksinə, İsrail siyasətinin radikallaşdığı barədə tənqidləri gücləndirir.

