ABŞ prezidenti Donald Tramp səlahiyyət müddətinin sonuna yaxın administrasiyasının yüksək vəzifəli şəxslərinə kütləvi əfv vədi verib. O, bununla onları gələcəkdə mümkün təqiblərdən qorumağı planlaşdırır, The Wall Street Journal yazır. Son müşavirələrin birində Donald Tramp özünə xas üslubda zarafat edərək bildirib ki, Oval kabinetə 60 metr məsafədə yaxınlaşan hər kəsi əfv edəcək. Nəşrin mənbələrinin sözlərinə görə, bu zarafat hər dəfə təkrarlandıqca “əfv radiusu” genişlənir. “Oval kabinetə 200 fut (təxminən 60 m) məsafəyə yaxınlaşan hər kəsi əfv edəcəyəm”, — deyə Donald Tramp son müşavirədə iştirak edənlərin gülüşü altında bildirib. İkinci prezidentlik müddəti ərzində Donald Tramp artıq təxminən 1600 nəfərə əfv verib — bu, ABŞ tarixində digər prezidentlərlə müqayisədə daha çoxdur. Əfv edilənlər arasında onun müttəfiqləri, donorları və 6 yanvar Kapitoliyə hücum işi üzrə fiqurantlar da var.
Tramp Ağ Evə 60 metr yaxınlaşan siyasətçiləri əfv edir
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

