İlin əvvəlindən dünyada 27 jurnalist öldürülüb. Bu barədə İsveçrənin qeyri-hökumət təşkilatı Press Emblem Campaignin araşdırmasında bildirilir.
Məlumata görə, hadisələrin böyük hissəsi Yaxın Şərqdə baş verən hərbi əməliyyatlarla bağlıdır.
Dörd ay ərzində qeydə alınan 27 ölüm halından 17-si Yaxın Şərqdəki münaqişə ilə əlaqəlidir.
Araşdırmada qeyd olunur ki, 16 jurnalist İsrail hərbçiləri tərəfindən öldürülüb.
Ən çox ölüm halları Livan və Qəzza zolağında qeydə alınıb. Bundan əlavə, İran və Suriyada da jurnalistlər arasında itkilər var.
Yaxın Şərqdən kənarda isə jurnalist ölümləri Meksika, Venesuela, Qvatemala, Banqladeş, Somali, Uqanda, Hindistan və Filippinlərdə qeydə alınıb.
Təşkilat beynəlxalq ictimaiyyətin reaksiyasının zəif olduğunu və əsasən formal bəyanatlarla məhdudlaşdığını vurğulayıb.

