Bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlu Gevorq və Ambartsum Nersisyan ev dustaqlığından azad edilib.
Cümə axşamı yayımlanan məhkəmə qərarında onların barəsində ev dustaqlığı tədbirinin ləğv edildiyi və inzibati nəzarətin tətbiq olunduğu bildirilib.
Hakimin qərarına əsasən, katolikosun qardaşı və qardaşı oğlunun yaşadıqları Eçmiədzin rayonunun Voskexat kəndini tərk etmələrinə icazə verilməyəcək.
Gevorq və Ambartsum Nersisyan 2025-ci ilin noyabrında Eçmiədzin meri seçkiləri zamanı seçki kampaniyasına mane olmaq ittihamı ilə saxlanılmışdılar.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan II Qareginin taxtdan imtina etməsinin vacibliyini bəyan edib.
Paşinyan hesab edir ki, bütün ermənilərin katolikosu ölkənin dövlət təhlükəsizliyi üçün təhdiddir.
Baş nazir həmçinin bildirib ki, II Qaregin dini statusunu itirib, patriarx taxtını zəbt edib, subaylıq andını pozub və həyat yoldaşı ilə uşaqlarının olması ilə bağlı cəmiyyətə izahat verməlidir.

