Berlin polisi Qələbə Günü münasibətilə keçirilən tədbirlər zamanı 43 nəfərin saxlanıldığını açıqlayıb.
Bu barədə mayın 9-da qurumun mətbuat xidməti məlumat yayıb.
Hazırda şəxsi azadlığın məhdudlaşdırılması ilə bağlı 43 tədbir görülüb. Bunlara ictimai asayişin pozulması ilə bağlı 25 hal, bir icazəsiz dron uçuşu və təhqir, saxlanılmaya müqavimət və hücum kimi hüquqpozmalara görə açılmış 13 cinayət işi daxildir, — deyə açıqlamada bildirilib.
Polis qeyd edib ki, ümumilikdə iki gün davam edən bayram tədbirləri sakit keçib və ciddi insident qeydə alınmayıb.

