Taylandın keçmiş baş naziri Taksin Çinavat şərti azadlığa buraxılıb.
Bu barədə Thai PBS telekanalı məlumat yayıb.
2001–2006-cı illərdə baş nazir olmuş siyasətçi Banqkokdakı “Klonq Prem” həbsxanasını tərk edib.
Həbsxana qarşısında onu yaxınları və tərəfdarları qarşılayıblar.

Onların arasında Taksin Çinavatın qızı da olub.
Həmçinin həbsxana yaxınlığına “qırmızı köynəklilər” hərəkatının onlarla tərəfdarı toplaşıb.
Qeyd olunur ki, bu siyasi hərəkat 2006-cı ildə hərbi çevrilişdən sonra formalaşıb.
Həmin çevriliş nəticəsində Taksin Çinavat hökuməti hakimiyyətdən uzaqlaşdırılmışdı.
Keçmiş baş nazirin şərti azadlığa buraxılması qərarını Tayland Ədliyyə Nazirliyinin komitəsi verib.

