ABŞ və İsrailin İranla müharibə zamanı istifadə etdikləri raket və bomba ehtiyatlarını bərpa etməsi çətin olacaq. Bu barədə Fars agentliyi İran Məclisinin Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmayıl Kosariyə istinadən məlumat yayıb.
Kosarinin sözlərinə görə, İran isə öz silah ehtiyatlarını asanlıqla kompensasiya edə biləcək. O vurğulayıb ki, ABŞ və İsrail İslam Respublikasının hansı səviyyədə imkanlara malik olduğunu təsəvvür belə etmirlər.
Kosari bildirib:
Düşmənlər bomba ata və raket buraxa bilərlər, lakin İran xalqı istənilən təhlükəyə qarşı dayanmağa hazırdır. Biz hələ yeni başlamışıq və düşmən etdiklərinə görə peşman olacaq.

