Ukrayna pilotsuz uçuş aparatlarının Moskva vilayətinə hücumu nəticəsində üç nəfər həlak olub.
Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.
Onun sözlərinə görə, Mıtişi şəhər dairəsinin Poqorelki kəndində iki kişi həyatını itirib. Burada PUA qalıqları tikilməkdə olan evə düşüb. Hadisə yerində bütün müvafiq xidmətlər işləyir.
Daha bir PUA isə Ximkidə fərdi yaşayış evinə düşüb. Nəticədə bir qadın həlak olub, daha bir nəfərin dağıntılar altında qaldığı bildirilir.

