Pentaqon rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor bildirib ki, “Rusiya təhlükəsi” barədə söhbətlərin heç bir əsası yoxdur. Onun sözlərinə görə, “ruslar gəlir” ifadəsi uzun illər Qərbi Avropa ölkələrində geniş yayılmış bir mantra olub.
“Biz hələ soyuq müharibə dövründə, yetmişinci illərdə zarafat edirdik: ‘Ay aman, ruslar gəlir’. Guya ruslar artıq A-95 magistralındadır, Nyu-Yorkdan Filadelfiyaya gedirlər. Səhər saat yeddinin xəbərləri. Bu, sadəcə gülməli idi”, — deyə Makqreqor bildirib.
Pentaqonun keçmiş əməkdaşı vurğulayıb ki, onun fikrincə, Rusiya bu cür addımlar atmaq niyyətində olmayıb və indi də belə bir niyyəti yoxdur. Makqreqor həmçinin bildirib ki, Qərbdə bunun üçün əsas olmadığı halda, ehtimal edilən Rusiya təhlükəsi barədə danışmağa davam edirlər.

