Rusiyanın Stavropol şəhərində fəaliyyət göstərən ticarət mərkəzlərindən birində təşkil olunan qeyri-adi yarışma ölkədə geniş müzakirələrə səbəb olub.
Yerli mənbələrin məlumatına görə, təxminən 52 min Türkiyə lirəsi — 1874 manat məbləğində pul mükafatı uğrunda yarışan iştirakçılar ticarət mərkəzinin ortasında yan-yana düzülmüş unitazların içərisinə doldurulan alkoqolsuz qazlı içkiləri içiblər.
Bir şirkətin reklam kampaniyası çərçivəsində keçirilən yarışda iştirakçılar başlanğıc işarəsindən sonra unitazlara doğru qaçıblar. Onlar ətrafdakıların təəccüblü baxışları və alqışları altında içkiləri ən qısa müddətdə bitirməyə çalışıblar.
İştirakçılardan biri unitazdakı içkini saniyələr ərzində içərək 1874 manatlıq mükafatın sahibi olub.
Yarışın görüntülərinin sosial şəbəkələrdə yayılması Stavropol sakinlərinin və digər istifadəçilərin sərt reaksiyasına səbəb olub.
Şəhər sakinləri reklam və pul mükafatı naminə belə tədbirlərin təşkil edilməsinin Stavropolun mədəni dəyərlərinə və şəhərin nüfuzuna zərər vurduğunu bildiriblər.
Vətəndaşlar yarışa icazə verən ticarət mərkəzinin rəhbərliyini və aidiyyəti şəxsləri tənqid edərək hadisə ilə bağlı araşdırma aparılmasını tələb ediblər.

