Vaşinqtonda Ağ Ev jurnalistlərinin qəbulunda baş verən atışmadan sonra qonaqların davranışı sosial şəbəkələrdə mübahisə doğurub.
Bu barədə New York Post yazıb.
Məlumata görə, hadisə zamanı qonaqların əksəriyyəti təhlükə səbəbindən Washington Hilton otelinin banket zalını tələsik tərk edib.
Lakin bəziləri geri qayıdaraq süfrədəki içkiləri və qəlyanaltıları götürüb və sonra çıxışa yönəlib.
Qonaqların kimliyi açıqlanmayıb.
Hadisəyə münasibət isə birmənalı olmayıb:
bir qrup istifadəçi bunu uyğunsuz və ayıb davranış kimi qiymətləndirib, digərləri isə vəziyyətin stressli olduğunu əsas gətirərək bu addımı anlayışla qarşılayıb.

