Rusiyalı prankerlər Vovan və Leksus (əsl adları Vladimir Kuznetsov və Aleksey Stolyarov) devrilmiş İran şahının oğlu Rza Pəhləvini aldadıblar.
RIA Novosti-nin məlumatına görə, prankerlər özlərini Almaniya kansleri Fridrix Mertsin müşaviri kimi təqdim edərək Pəhləvi ilə telefon danışığı aparıblar.
Onların sözlərinə görə, ABŞ-də yaşayan və özünü İran müxalifətinin lideri kimi təqdim edən Rza Pəhləvi danışığın həqiqiliyinə inanıb. İddia olunur ki, söhbət zamanı o, Almaniyanın İrana mümkün hərbi müdaxiləsi və bunun nəticəsində özünün yenidən hakimiyyətə gətirilməsi ehtimalını müzakirə edib.

Prankerlər bildirib ki, zarafat məqsədilə özlərini hətta “Adolf” adlı, kiçik bığlı və çolka saç düzümü olan müşavir kimi təqdim etsələr də, Pəhləvi buna şübhə ilə yanaşmayıb və söhbəti ciddi qəbul edib.

