Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Olqa Stefanişinanı vəzifəsindən azad edib.
Müvafiq fərman Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.
Sənəddə qeyd edilir:
“Olqa Vitaliyevna Stefanişina Ukraynanın Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin.”
Səfirin vəzifədən azad edilməsinin səbəbi və onun yerinə kimin təyin olunacağı barədə hələlik əlavə məlumat verilməyib.

