Fransada ictimai USB enerji doldurma stansiyaları vasitəsilə şəxsi məlumatların oğurlanması hallarının artdığı bildirilir.
BFMTV-nin məlumatına görə, cinayətkarlar standart USB girişlərini xüsusi qurğularla əvəz edirlər. Bu cihazlar telefona enerji verməklə yanaşı, qoşulan qurğudakı məlumatları da oxuya bilir.
İstifadəçi isə çox vaxt heç bir şübhəli hal hiss etmir. Nəticədə cinayətkarlar yazışmalara, fotoşəkillərə və bank məlumatlarına çıxış əldə edə bilərlər.
Mütəxəssislər ictimai USB girişləri əvəzinə 220 voltluq rozetkaya qoşulan adi adapterlərdən istifadə etməyi məsləhət görürlər.
Digər təhlükəsiz variant isə məlumat ötürülməsini bloklayan və yalnız elektrik cərəyanını keçirən xüsusi USB keçidlərindən istifadə etməkdir.

