Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukrayna ilə sülh danışıqlarına hazırdır, lakin yalnız “cəbhədə formalaşmış reallıqlar” əsasında. O, vasitəçilər vasitəsilə Rusiyaya təqdim olunan bəzi təklifləri isə “ekzotik” və qəbuledilməz adlandırıb.
Putin “Rossiya-24” telekanalına müsahibəsində bildirib ki, Kiyevin və onun Qərb tərəfdaşlarının raket və pilotsuz uçuş aparatları ilə Rusiyaya 40 gün ərzində “strateji məğlubiyyət” yaşatmaq planı nəticə verməyib. Onun sözlərinə görə, Ukrayna tərəfi üstünlük əldə edə bilməyib.
Rusiya lideri Moskvanın Ukraynadakı hərbi-sənaye və logistika obyektlərinə zərbələri artırdığını da bildirib. O, Kiyevin Rusiya iqtisadiyyatına zərər vurmaq cəhdini belə xarakterizə edib:
Putinin sözlərinə görə, bunun cavabında Rusiya Ukrayna iqtisadiyyatının “ən həssas sahələrini” hədəfə almağa davam edəcək.
Ukraynanın taxıl ixracı infrastrukturlarına dəyən zərərin dünya bazarında qıtlıq yaradıb-yaratmayacağına toxunan Putin belə bir risk görmədiyini bildirib. O, Rusiyanın ən azı 60 milyon tonluq ixrac potensialına malik olduğunu və dünya bazarında taxıl qıtlığının yaranmayacağını deyib.

