Fransa Prezidenti Emmanuel Makron yeni tədris ilindən etibarən liseylərdə mobil telefon istifadəsinin qadağan ediləcəyini açıqlayıb.
Makron sosial şəbəkə hesabında bildirib ki, uşaqları ekranların mənfi təsirindən qorumaq üçün “daha çox gözləmək olmaz” və liseylərdə telefon qadağasını nəzərdə tutan qanun artıq qüvvəyə minib.
Fransa Prezidenti qeyd edib ki, yeni qaydanın məqsədi tədris mühitində sakitliyi və diqqəti bərpa etməkdir.
Qadağa sentyabrın 1-də başlayacaq yeni tədris ilindən etibarən tətbiq olunacaq.

