Avstraliya yaxınlığında Hind okeanına düşən asteroidin Yerə çatmazdan əvvəl aşkarlanması və düşməsinin proqnozlaşdırılması mümkün olub. Astronom Aleksandr Yakuşeçkin RİA Novosti-yə müsahibəsində belə hadisələrin nadir baş verdiyini bildirib.
Yakuşeçkinin sözlərinə görə, “impaktor” Yerə toqquşmazdan əvvəl aşkar edilən asteroidlərə deyilir. İndiyədək 12 və ya 13 belə obyekt qeydə alınıb.
Astronom xatırladıb ki, əvvəlcədən proqnozlaşdırılmış asteroidlərdən birinin düşməsi 2024-cü ilin dekabrında Yakutiyada müşahidə edilib.
Asteroidlər üzrə mütəxəssis Leonid Yelenin isə CERNQ52 adlı obyektin atmosferə daxil olmasının təsdiqləndiyini bildirib. Onun ölçüsünün təxminən bir metr olduğu qiymətləndirilir.
Yakuşeçkinin sözlərinə görə, obyekt Yer orbitinə daxili tərəfdən yaxınlaşan Aton asteroidlər qrupuna aid ola bilər.
Denmedia.az

