Gürcüstanın Kaxeti bölgəsində kişi iki rusiyalı turistin qaldığı otel otağına zorla daxil olaraq qadınlardan birini ağır şəkildə döyüb. Bu barədə Baza yazıb.
Hadisə beşulduzlu “Agareni Estate” otelində baş verib.
Zərərçəkmiş qadının sözlərinə görə, aqressiv naməlum şəxs otağa soxularaq onların rus dilində danışmasının qardaşının toyuna mane olduğunu qışqırıb.
Qadınlar kişini otaqdan çıxarmağa çalışarkən o, turistlərdən birini vuraraq yerə yıxıb. Daha sonra isə toy mərasiminə qayıdıb.
Hadisə nəticəsində qadının başı yarılıb və burnu sınıb. “112” “Telegram” kanalı zərərçəkmişin xəstəxanaya yerləşdirildiyini bildirib.
Onun rəfiqəsi isə polis bölməsində hadisə ilə bağlı ərizə yazır.

