Türkiyə Ukrayna münaqişəsi və sülhə nail olunması yolları ilə bağlı bir çox Avropa ölkəsi ilə eyni mövqedə deyil.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda ABŞ-Türkiyə münasibətlərinə həsr olunmuş qapalı tədbirdə bildirib.
Denmedia.az xəbər verir ki, nazir Türkiyənin Ukrayna münaqişəsi və onun həlli yolları ilə bağlı özünəməxsus baxışının formalaşdığını qeyd edib.
“Sülh naminə nələrin edilməsi lazım gəldiyindən danışarkən, düşünürəm ki, mövqelərimiz fərqlənir”, – deyə Fidan vurğulayıb.

