ABŞ və İran arasında hökumətlərarası təmaslar misli görünməmiş intensivlik səviyyəsinə çatıb. Bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner “Fox News”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ administrasiyası ilə İran hökumətinin müxtəlif strukturları arasında çoxsaylı konstruktiv dialoqlar aparılır.
Tərəflər arasında etimad səviyyəsinin hələ də aşağı olduğunu etiraf edən Kuşner qeyd edib ki, Tehran ABŞ-la dialoqa aktiv maraq göstərir. Bununla belə, onun sözlərinə görə, qarşılıqlı anlaşmaya nail olmaq üçün tərəflərin hələ bir sıra maneələri dəf etməsi lazımdır.
“Bizim çoxlu yaxşı dialoqlarımız olub. Lakin hələlik qarşılıqlı anlaşmaya çatmamışıq”, – deyə xüsusi nümayəndə vurğulayıb.

