may
2024
14:13
156

Pedaqoq Leyla Məmmədova: "Uşaqları sevmək mənim üçün əsas amildir"

3 may, 2024
14:13
156

Pedaqoq Leyla Məmmədova: "Uşaqları sevmək mənim üçün əsas amildir"

Leyla xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mənim bu sahəyə marağım uşaqlıqdan olub. Pedaqoq olmaq arzum olub. Universitetdən sonra fəaliyyətə başlamışam. Hazırda ibditadi siniflərə aid olan bütün fənnləri həm ingilis, həm də rus dilində tədris edirəm. Baki-İstanbul liseyində çalışıram, eyni zamanda repititor kimi də fəaliyyət göstərirəm.

- Neçə ildir ki, bu sahədəsiniz?

- On ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Bu illər ərzində nə müşahidə etdiniz?

- Mən uşaqların psixoloji faktoruna daha çox üstünlük verirəm. Onlarda təhsilə həvəs yaratmağa çalışıram. İldən-ilə fərqli olur. İndiki şagirdlər öz haqlarını daha çox tələb etməyi bacarırlar. Biz də ona uyğunlaşmağa çalışırıq.

- Özünüzə məxsus bir dərs metodunuz varmı?

-  Mən dərslərin interaktiv keçirilməsinin tərəfdarıyam. Şagirdləri əyləndirərək öyrətmək lazımdır. Onda onlar yorulmayacaq və daha tez qavrayacaqlar.

- İş prinsipiniz nədən ibarətdir?

- Mənim üçün əsas olan uşaqları çox sevməkdir. Hər bir uşağı öz övladım kimi sevirəm. Hər birinə də individual yanaşıram.

- Xarakter olaraq necə birisiniz?

- Pozitiv və mülayim insanam. Boş vaxtımı ailəm ilə keçirirəm . Sayəhət etməyi, kitab oxumağı sevirəm.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. İki övladım var.

- Oxuculara nə məsləhət görürsünüz?

- Valideynlərə demək istəyirəm ki, müəllimlərə güvənsinlər və etibar etsinlər. Çünki müəllimlik müqəddəs və şərəfli bir peşədir. Hər bir ixtisas sahibini müəllim yetişdirir.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu iş mənim həyatımın bir parçasına çevriləcək.

Pedaqoq Leyla Məmmədova: "Uşaqları sevmək mənim üçün əsas amildir"
Pedaqoq Leyla Məmmədova: "Uşaqları sevmək mənim üçün əsas amildir"

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar