Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 21-ci mikrorayon ərazisində yerləşən 2 nömrəli tam orta məktəbdə olub, burada müəllim və şagirdlərlə görüşüb.
Məktəbin direktoru Xalid Adıgözəlov icra başçısına məlumat verərək bildirib ki, təhsil müəsisəsi 2007-ci ildə tikilib istifadəyə verilib. Hal-hazırda məktəbdə 1250 şagird təhsil alır ki, onlarında təlim tərbiyəsi ilə 82 pedeqoji heyyət məşğul olur. Şagirdlərin hər il tələbə qəbulunda faizi durmadan yüksəlir. Eləcədə olimpiyadalarda və müxtəlif bilik yarışlarında yüksək nailiyyətlər , qızıl medallar əldə olunur.
Məktəbin fəaliyyəti ilə yaxından tanış olan şəhər rəhbəri şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb, şagirdlərə tövsiyələrini verib, sualları cavablandırıb.
Vurğulanıb ki, ümumi təhsildə keyfiyyət irəliləyişləri nəinki buraxılış və qəbul imtahanlarının nəticələrində, eyni zamanda digər təhsil pillələri üzrə təlim göstəricilərində də müşahidə edilib, bəzi göstəricilər isə son illərin ən yüksək göstəricisi olub. Aparılan statistik təhlillər son bir neçə ildə Sumqayıt təhsilinin bütün göstəricilər üzrə dinamik artım tempi nümayiş etdiridiyini, davamlı inkişafa nail olunduğunu deməyə əsas verir. Şəhər rəhbəri bu göstəricilərin daha da yüksəldilməsi üçün müəllim və şagird kollektivinə tövsiyələrini çatdırıb, şəhərdə həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat verib, şəhərin inkişafı ilə bağlı onların təklif və tövsiyələrini dinləyib.
Sonda şagird və müəllimlərlə xatirə şəkli çəkdirilib.
Zakir Fərəcov Sumqayıtda 2 nömrəli məktəbin şagirdləri ilə səmimi görüşü olub-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.