Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
“Denmedia.az” xəbər verir ki, imtahan iştirakçıları arasında maksimum 300 bal toplayan şagirdlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta ümumtəhsil məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir.
Təhsil aldığı məktəbin rəhbərliyi də şagirdinə gələcək işlərində uğurlar arzulayıb. Aydın Həsənli DenazTV-yə müsahibəsində bildirib ki, rekordu təzələmək ona böyük ümidlər verib. O, hətta bu balı toplamağın sirlərinidə bölüşüb.
Məlumat üçün bildirək ki, Aydın Həsənli həm də (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında da maksimal 300 bal toplamışdı.
Ətraflı SUJETDƏ:

