apr
2024
23:37
115

"İrəvan Fransaya arxalanaraq qeyri-adekvat hərəkətlər edə bilər" - ŞƏRH

6 apr, 2024
23:37
115

"İrəvan Fransaya arxalanaraq qeyri-adekvat hərəkətlər edə bilər" - ŞƏRH

"Fransa Milli Jandarmasının xarici missiyalar üzrə komandanı, briqada generalı Uilyam De Meyer Ermənistana səfər edib. Fransa Uilyam De Meyeri Ermənistana göndərməklə Cənubi Qafqaz orbiti üzrə iki mesajı çatdırır. 

1. Fransa ismarış verir ki, regionda olan ambisiyalı gündəliyini hər vəchlə Ermənistanın xeyrinə dəyişmək prioritetlərini saxlayıb.

2. Fransa göstərmək istəyir ki, regionda hərbiləşmiş obraz yaratmaq səviyyəsinə qədər getməyə hazırdır.

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Aqşin Kərimov səsləndirib. O bildirib ki, bu, Ermənistana hərbi məsləhətlərin müşayiəti ilə davamını gətirə bilər, yəni böyük ehtimalla Paris:

- İrəvanı Azərbaycana qarşı revanşa hazırlamaq üçün onu hərbi-taktiki izahlarına inandırmağa çalışır,

- Regionda hərbi qüvvələr yerləşdirməklə rəqibləri, o cümlədən Azərbaycan və Türkiyə qarşısına çıxmaq istəyir,

- Düçar olduğu kəşfiyyat məğlubiyyətlərinin (Azərbaycanın Fransa kəşfiyyatını ifşa etməsi - red.) ağrısını azaltmaq üçün yeni həmlələr hazırlayır.

Təbii ki, Azərbaycan cavab olaraq öz sərhədlərini təhlükəsizlik strategiyasının ən yüksək tələbləri səviyyəsində gücləndirməlidir.
Çünki İrəvanın Fransaya arxalanıb hansısa qeyri-adekvat hərəkətlər edə biləcəyi istisna deyil.  Buna görə də Azərbaycan sərhəddəki mümkün təxribatlara uyğun cavab reaksiyasını ölçmək hüququna yenidən baxa bilər. Azərbaycanın bu istiqamətdəki koordinatları müəyyən etməkdən ötrü strateji müttəfiqi Türkiyə ilə intensiv təhlükəsizlik məsləhətləşmələrinə başlayacağı da istisna deyil. Məntiqlə, Fransanın regiondakı belə aktivliyi Ermənistanda hərbi bazası olan Rusiyanı, “İrəvan uğrunda” Azərbaycanla rəqabətə getmiş İranı da narahat etməlidir".

Politoloq əlavə edib ki, Fransanın regionda bəzi təqdimat dəyişiklikləri və yeni sıralamasını Milli Jandarma generalının Ermənistana səfəri aydın izah edir: "Bütün bunlar Fransanın Cənubi Qafqaz üzrə militarizasiya siyasətinin göstəricisidir. Fransız generalın Ermənistana səfəri rəsmi Parisin Cənubi Qafqazda militarizasiya siyasətinin aşkar göstəricisidir. Qərb Fransanın timsalında Ermənistan vasitəsilə Azərbaycan, Rusiya, İran və Türkiyəyə qarşı kəşfiyyat plasdarmı hazırlayır.

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar