12 
apr
2024
19:39
63

"Qərbin bu addımı sülhə təhlükədir" - DETALLAR

12 apr, 2024
19:39
63

"Qərbin bu addımı sülhə təhlükədir" - DETALLAR

Fransanın atdığı addımlar, tutduğu mövqe, qərəzli və beynəlxalq hüququ çeynəyən davranışları Azərbaycanda haqlı etirazlara səbəb olub. Rəsmi Parisin davranışları bölgədə öz maraqlarını yeritmək cəhdidir. Amma bu cəhd Cənubi Qafqazda sülhə mane olur. Hətta Rusiyanın maraqlarına xidmət edir. Çünki, məhz Kreml bölgəmizdə dayanıqlı və qalıcı sülhdə maraqlı deyil.

Bəs görəsən, Fransa-Ermənistan əlaqələri region üçün nə kimi problemlər yarada bilər?  

Mövzunu "Den.az"a şərh edən politoloq Şahin Cəfərli bildirib ki, Fransa-Ermənistan əlaqələrinin inkişafı, ümumilikdə Qərbin İrəvanda Rusiyanın boşluğunu doldurmağa çalışması sülhə təhlükə törətməməlidir: "Rusiyanın bölgədə mövqelərinin zəifləməsi Azərbaycanın milli maraqlarına zidd deyil. Bu məsələ ilə bağlı narahatlıqların isə heç bir əsası yoxdur. Əksinə, Avropa Birliyinin, ABŞ-ın, Britaniyanın Ermənistanda Rusiyanın yerini tutması həqiqətən bizim maraqlarımıza təhlükə yaradır. Bəs bu durumda biz neyləməliyik? Ermənistanı zorla məcbur etməliyik ki, Rusiyadan qopmasın və Moskvanın forpostu olaraq qalsın? Əsas olan bu suala cavab tapmaq və mövcud məsələni həll etməkdir", - deyə politoloq fikirlərini tamamlayıb.

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar